13:16
8°C
Bakı
Dekabrın 24-də Liviya Baş Qərargah rəisi Məhəmməd Əli Əl-Həddadın da daxil olduğu təyyarənin Ankara yaxınlığında qəzaya uğraması nəticəsində həlak olanlar üçün anım mərasimi təşkil olunub.
Moderator.az xəbər verir ki, mərasim Mürted Hava Meydan Komandanlığında keçirilib. Tədbir zamanı həlak olan liviyalı şəhidlərin nəşləri üçün dualar oxunub.
Mərasimdə Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülərin rəhbərliyi ilə Baş Qərargah rəisi Səlcuq Bayraktaroğlu iştirak edib.