13:47
8°C
Bakı
Ukraynada davam edən hərbi əməliyyatlar səbəbindən Gürcüstana daxil olmuş Ukrayna vətəndaşlarına və Ukraynada daimi yaşamaq hüququ olan şəxslərə sosial-iqtisadi dəstək tədbirlərinin müddəti uzadılıb.
Moderator.az xəbər verir ki, Baş nazir İrakli Kobaxidzenin qərarı ilə ailə başına 300 lari (111,3 ABŞ dolları), adambaşına isə 45 lari (17 ABŞ dolları) məbləğində müavinət 1 aprel 2026-cı il tarixinədək veriləcək.
Digər qərara əsasən isə həmin tarixədək Ukraynadakı müharibəyə görə Gürcüstana daxil olan və ölkədə davamlı olaraq qalan Ukrayna vətəndaşları tibbi yardım da ala biləcəklər.