Vaşinqtonda kritik görüş: Yaxın Şərqdə müharibə ssenarisi yenidən yazılır?
Dünya
696
11:33, Bu gün

Vaşinqtonda kritik görüş: Yaxın Şərqdə müharibə ssenarisi yenidən yazılır?

 
“İsrailin baş nazirinin ABŞ-a səfəri regional gündəmin mərkəzini yenidən Vaşinqtona daşıyır. Bu görüş Yaxın Şərqdə müharibədən sonrakı mərhələnin siyasi və hərbi çərçivəsinin müəyyənləşdirilməsi baxımından həlledici ola bilər. Netanyahu üçün bu səfər İsrailin təhlükəsizlik prioritetlərini ABŞ rəhbərliyinə birbaşa çatdırmaq fürsətidir”.
Bu fikirləri Moderator.az-a açıqlamasında siyasi şərhçi Ülviyyə Zülfiqar İsrailin baş naziri Benyamin Netanyahunun ABŞ-yə mümkün səfərini şərh edərkən səsləndirib.
 
Siyasi şərhçinin sözlərinə görə, görüşün mərkəzində duran əsas mövzulardan biri şübhəsiz ki, İran məsələsi ola bilər:
 
“Netanyahu bu səfərdə Vaşinqtonu daha konkret addımlara razı salmağa çalışacaq. Trampın İranla bağlı ritorikası konkret olsa da, o, hərbi eskalasiyanı avtomatik seçim kimi qəbul etmir. Buna görə də görüşdən sonra “İrana qarşı dərhal hücum” qərarı çıxması ehtimalı aşağıdır, amma hərbi variantın açıq şəkildə masada saxlanılması mümkündür. Məlumdur ki, görüşdə HƏMAS-ın tərksilahı və Qəzzada müharibədən sonrakı idarəetmə modeli də müzakirə olunacaq. Tramp administrasiyası Qəzzada uzunmüddətli xaos istəmir və Netanyahudan hərbi mərhələdən siyasi mərhələyə keçid planı tələb edəcək.
Netanyahu-Tramp görüşü ani qərarlardan çox, mərhələli strategiyaların konturlarını müəyyənləşdirə bilər. ABŞ birbaşa hücumdan yayınaraq İsrailin hərəkət azadlığını genişləndirməyi, İsrail isə ABŞ-ın siyasi və hərbi təminatını əldə etməyi arzulayır. Bu görüşdən sonra bölgədə müharibə dərhal başlamaya bilər, amma müharibə ehtimalı müzakirə edilmiş ola bilər”.
 
Mehin Mehmanqızı
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər