Bu gün səhər saatlarında Günəşdə 8 dekabrdan bəri ən güclü partlayış baş verib.
Moderator.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu məlumat yayıb.
Məlumata görə, alışmanın aktivliyinin pik həddi Yeni il tətillərində baş verə bilər.
"Bu səhər Günəşin şərq kənarında M5.1 bal gücündə böyük partlayış qeydə alınıb. Hadisənin gücü yüksəkmiqyaslı - X bal həddinin təxminən 50%-ni təşkil edib. Maksimum emissiya Moskva vaxtı ilə saat 04:50-də (Bakı vaxtı ilə saat 05:50 - red.) qeydə alınıb", - deyə məlumatda bildirilib.
Bu hadisə, Günəşdə yüksəksəviyyəli X1.1 partlayışının baş verdiyi 8 dekabrdan bəri ən güclü hadisə hesab olunur.
Qeyd olunur ki, hər iki alışma Günəşin eyni bölgəsində baş vermiş ola bilər.
Alışmanın aktivliyinin pik həddi Yeni il tətillərində baş verə bilər. Lakin aktiv bölgələrin Günəş-Yer xəttindən əhəmiyyətli dərəcədə uzaqda yerləşməsi səbəbindən Yeni il gecəsi birbaşa maqnit qasırğasının və parlaq qütb parıltılarının əmələ gəlmə ehtimalı aşağı hesab olunur.
Qeyd edək ki, Günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Minimum A0.0 sinfi Yerin orbitində 1 kv.m-ə 10 nVt şüalanma gücünə uyğundur. Növbəti mərhələyə keçərkən güc 10 dəfə artır. Partlayışlar, adətən, Günəş plazmasının emissiyaları ilə müşayiət olunur ki, onların buludları Yerə çataraq maqnit qasırğaları yarada bilər.