Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Keş Patel agentliyin baş ofisinin bağlandığını və kəşfiyyat idarəsinin başqa binaya köçürüldüyünü açıqlayıb.
Bu barədə Moderator.az xarici mətbuata istinadən xəbər verir.
"20 ildən çox uğursuz cəhdlərdən sonra biz FTB-nin Huver binasındakı qərargahını həmişəlik bağlamaq və əməkdaşlarımızı təhlükəsiz, müasir obyektə köçürmək planını yekunlaşdırdıq", deyə o, "X"də yazıb.
"Biz işə başlayanda vergi ödəyiciləri 2035-ci ilə qədər açılmayacaq yeni qərargah üçün təxminən 5 milyard dollar xərcləmək perspektivi ilə üzləşmişdilər. Biz bu planı ləğv etdik", - Patel əlavə edib.
O qeyd edib ki, əsaslı təmir başa çatdıqdan sonra qərargah əməkdaşlarının əksəriyyəti yeni binaya köçəcək, bəzi agentlər isə resursların yenidən bölüşdürülməsi siyasəti çərçivəsində müxtəlif sahəyə yönləndiriləcək.