Tailand və Kamboca arasında atəşkəs sazişi imzalanıb
Dünya
242
08:30, Bu gün

Tailand və Kamboca arasında atəşkəs sazişi imzalanıb

Tailand və Kamboca sərhəd münaqişəsi zonasında atəşkəs sazişi imzalayıblar.

Moderator.az xəbər verir ki, bu barədə Tailandın televiziya kanalı olan “Channel 3” məlumat yayıb.

Çanthaburi əyalətində baş tutan iki ölkənin Baş Sərhəd Komitəsinin iclasından sonra müdafiə nazirləri Natthaphon Nakpxanit və Tea Seixa atəşkəs sazişi imzalayıblar.

Onun effektivliyini izləmək üçün ikitərəfli mexanizmin növbəti iclası 72 saat ərzində keçiriləcək.

Link kopyalandı!
Son xəbərlər