09:38
6°C
Bakı
Norveç Biatlon Assosiasiyası Silvert Bakkenin ölümündən sonra idmançılarına hipoksik maskalardan istifadəni qadağan edib.
Moderator.az NRK telekanalına istinadən xəbər verir ki, bu barədə assosiasiyanın baş katibinin səlahiyyətlərini icra edən Emili Nordskanın açıqlamasında deyilir.
Bakkenin ölümü barədə 23 dekabr tarixində məlum olub. İdmançının cəsədi tapılarkən o, hipoksik maska taxmış vəziyyətdə olub.
Hipoksik maskalar yüksək dağlıq şəraitini imitasiya etmək üçün istifadə olunan qurğulardır.
Silvert Bakken 28 yaşında vəfat edib. O, üçqat Avropa çempionu idi.
