02:37
4°C
Bakı
“Ukrayna münaqişəsində tərəflər həqiqətən də münaqişəsinin həllinə yaxınlaşıblar”.
Moderator.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
"Düşünürəm ki, 25 dekabr 2025-ci il tarixi, həqiqətən də həll yoluna yaxınlaşdığımız bir mərhələ kimi yaddaşımızda qalacaq. Lakin son təkanı verib razılığa gələ bilməyimiz digər tərəfin siyasi iradəsindən asılıdır", - Ryabkov bildirib.
Onun sözlərinə görə, bu təkan Kiyev və tərəf müqabillərinin, xüsusən də razılığa sadiq olmayan Avropa Birliyindəki ölkələrin onu dayandırmaq üçün səylərini ikiqat artırdığı şəraitdə verilməlidir.