ABŞ Prezidenti Donald Tramp və onun ukraynalı həmkarı Volodimir Zelenski şənbə günü, 27 dekabr tarixində Avropa liderlərinin iştirakı ilə telefon konfransı keçirmək niyyətindədirlər.
Moderator.az xəbər verir ki, bu barədə "Axios" ukraynalı rəsmilərə istinadən məlumat yayıb.
Növbəti gün, 28 dekabrda, Tramp və Zelenski arasında Floridada danışıqlar planlaşdırılır.
"Bu görüş danışıqlarda əhəmiyyətli irəliləyişin əlamətidir", - materialda qeyd olunub. Məqalənin müəllifi Barak Ravid, Trampın sözlərini xatırladıb ki, o, Zelenski ilə yalnız sövdələşmənin yaxın olduğunu hiss edəcəyi təqdirdə görüşəcək.
Adı açıqlanmayan yüksək rütbəli amerikalı rəsmi "Axios"a bildirib ki, ABŞ son iki həftə ərzində Rusiya və Ukrayna tərəfi ilə danışıqlarda "bütün il ərzindəkindən daha çox irəliləyişə" nail olub.