Malayziyada məhkəmə ölkənin keçmiş baş naziri Nəcib Tun Razakı 1MDB dövlət fondundakı korrupsiya sxemləri işi üzrə 15 il həbsə və 11.4 milyard rinqqit (təxminən 3 milyard ABŞ dolları) məbləğində cəriməyə məhkum edib.
Moderator.az bu barədə "The Star" nəşrinə istinadən xəbər verir.
72 yaşlı Nəcib Razak 2009-cu ilin aprelindən 2018-ci ilin mayınadək Malayziyanın baş naziri vəzifəsini tutub. Həmin ilin iyulunda o, korrupsiya şübhəsi ilə saxlanılıb.
2020-ci ildə Malayziya Ali Məhkəməsi onu 1MDB dövlət fondundakı korrupsiya qalmaqalı ilə əlaqədar vəzifə səlahiyyətlərindən sui-istifadə və çirkli pulların yuyulmasında təqsirli bilib.
O zaman Nəcib Razak 12 il həbs və təxminən 44 milyon dollar cəriməyə məhkum edilmişdi. 2024-cü ildə cəza müddəti altı ilə (23 avqust 2028-ci ilədək), cərimə isə ilkin məbləğin dörddə birinə qədər azaldılmışdı.