Keçmiş baş nazir 15 il azadlıqdan məhrum edildi
Dünya
297
26 Dec 2025 | 22:10

Keçmiş baş nazir 15 il azadlıqdan məhrum edildi

Malayziyada məhkəmə ölkənin keçmiş baş naziri Nəcib Tun Razakı 1MDB dövlət fondundakı korrupsiya sxemləri işi üzrə 15 il həbsə və 11.4 milyard rinqqit (təxminən 3 milyard ABŞ dolları) məbləğində cəriməyə məhkum edib.

Moderator.az bu barədə "The Star" nəşrinə istinadən xəbər verir.

72 yaşlı Nəcib Razak 2009-cu ilin aprelindən 2018-ci ilin mayınadək Malayziyanın baş naziri vəzifəsini tutub. Həmin ilin iyulunda o, korrupsiya şübhəsi ilə saxlanılıb.

2020-ci ildə Malayziya Ali Məhkəməsi onu 1MDB dövlət fondundakı korrupsiya qalmaqalı ilə əlaqədar vəzifə səlahiyyətlərindən sui-istifadə və çirkli pulların yuyulmasında təqsirli bilib.

O zaman Nəcib Razak 12 il həbs və təxminən 44 milyon dollar cəriməyə məhkum edilmişdi. 2024-cü ildə cəza müddəti altı ilə (23 avqust 2028-ci ilədək), cərimə isə ilkin məbləğin dörddə birinə qədər azaldılmışdı.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər