Kim Çen Inın ən yaxın silahdaşlarından biri vəfat edib
Dünya
153
21:20, Bu gün

Kim Çen Inın ən yaxın silahdaşlarından biri vəfat edib

Şimali Koreyada Dövlət Şurasının şöbə müdiri, ölkə lideri Kim Çen Inın nüfuzlu silahdaşlarından biri olan Kim Çxan Son vəfat edib.

Moderator.az bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyinə istinadən xəbər verir.

Onun ölüm səbəbi açıqlanmır. Agentliyin məlumatında qeyd olunur ki, Kim Çxan Son uzun illər ərzində partiya və dövlət strukturlarında mühüm vəzifələr tutub və ölkə rəhbərliyi ona yüksək etimad göstərib.

Kim Çxan Son faktiki olaraq Dövlət Şurası administrasiyasının işinə nəzarət edib və protokol xidmətinə rəhbərlik edərək, mühüm beynəlxalq tədbirlərdə və danışıqlarda Kim Çen Inı müşayiət edib.

Link kopyalandı!
Son xəbərlər