00:20
4°C
Bakı
Şimali Koreyada Dövlət Şurasının şöbə müdiri, ölkə lideri Kim Çen Inın nüfuzlu silahdaşlarından biri olan Kim Çxan Son vəfat edib.
Moderator.az bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyinə istinadən xəbər verir.
Onun ölüm səbəbi açıqlanmır. Agentliyin məlumatında qeyd olunur ki, Kim Çxan Son uzun illər ərzində partiya və dövlət strukturlarında mühüm vəzifələr tutub və ölkə rəhbərliyi ona yüksək etimad göstərib.
Kim Çxan Son faktiki olaraq Dövlət Şurası administrasiyasının işinə nəzarət edib və protokol xidmətinə rəhbərlik edərək, mühüm beynəlxalq tədbirlərdə və danışıqlarda Kim Çen Inı müşayiət edib.