2027-2036-cı illər üçün Dövlət Silahlanma Proqramı nüvə triadasının modernləşdirilməsini və universal hava hücumundan müdafiə (HHM) sisteminin formalaşdırılmasını nəzərdə tutur.
Moderator.az TASS-a istinadən xəbər verir ki, bu barədə Kreml tərəfindən Rusiya prezidentinin yeni dövlət proqramı ilə bağlı müşavirəsi üçün hazırlanan materiallarda deyilir.
Materiallarda bildirilir ki, quru qoşunlarının imkanlarının artırılmasına, nüvə triadasının saxlanılması və modernləşdirilməsinə, universal hava hücumundan müdafiə sisteminin formalaşdırılmasına, habelə Rusiya silah və texnikasının ixrac potensialının yüksəldilməsinə xüsusi diqqət yetirilir.
Qeyd edək, ki Dövlət Silahlanma Proqramı silah, hərbi və xüsusi texnikanın hazırlanmasını, istehsalını və döyüşə hazır vəziyyətdə saxlanılmasını nəzərdə tutan uzunmüddətli planlaşdırma sənədidir. Rusiya prezidenti tərəfindən hər beş ildən bir təsdiq edilir. Proqramın qüvvədə olma müddəti 10 ildir.