Rusiya nüvə triadasını modernləşdirməyi və universal HHM sistemi formalaşdırmağı planlaşdırır
Dünya
251
20:10, Bu gün

Rusiya nüvə triadasını modernləşdirməyi və universal HHM sistemi formalaşdırmağı planlaşdırır

Rusiyanın 2027-2036-cı illər üçün silahlanma üzrə dövlət proqramı nüvə triadasının modernləşdirilməsini və universal Hava Hücumundan Müdafiə (HHM) sisteminin formalaşdırılmasını nəzərdə tutur.

Moderator.az TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin prezidentin yeni dövlət proqramı ilə bağlı müşavirəsinə dair materiallarında bildirilib.

"Quru qoşunlarının imkanlarının artırılmasına, nüvə triadasının modernləşdirilməsinə, universal HHM sisteminin formalaşdırılmasına, eləcə də Rusiyanın silah və texnikasının ixrac potensialının artırılmasına xüsusi diqqət ayrılır", - qeyd olunub.

Link kopyalandı!
Son xəbərlər