Beş ölkədən təyyarələr İrəvanın "Zvartnots" hava limanına gecikmə ilə gəlib çatacaq.
Moderator.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu, hava limanının onlayn tablo məlumatlarından bəlli olub.
Xüsusilə Suriya, Rusiya, İran, İspaniya və Fransadan (iki uçuş) həyata keçirilən reyslərdə gecikmə yaranıb.
Hələb-İrəvan ("Fly Cham" aviaşirkəti); Moskva-İrəvan ("Aeroflot" aviaşirkəti); Tehran-İrəvan ("Caspian Airlines" aviaşirkəti), Barselona-İrəvan ("FlyOne" aviaşirkəti), eləcə də Paris-İrəvan ("Air France" və "KLM Royal Dutch Airlines" aviaşirkətləri) marşrutları üzrə uçuşları gecikir.
Hava limanının mətbuat katibi Lusine Moqrovyan bildirib ki, "Zvartnots" ştat rejimində işləyir və əlverişsiz hava şəraitinə baxmayaraq, reyslərin qəbulu və ya yola salınmasında heç bir məhdudiyyət yoxdur. Onun sözlərinə görə, gecikməların səbəbləri aviaşirkətlərdən dəqiqləşdirilməlidir.