21:17
5°C
Bakı
İsrail Somalilendi rəsmən "müstəqil" və "suveren" dövlət kimi tanıdı.
Moderator.az RBC-ya istinadən xəbər verir ki, bu barədə İsrail baş nazirinin dəftərxanası məlumat yayıb.
Bildirilir ki, müvafiq bəyannaməni İsrailin Baş naziri Benyamin Netanyahu və Somalilend "prezidenti" Əbdürrəhman Məhəmməd Abdullahi imzalayıblar.
"İsrail kənd təsərrüfatı, səhiyyə, texnologiya və iqtisadiyyat sahələrində əməkdaşlıq vasitəsilə Somalilend ilə münasibətlərini dərhal genişləndirməyi planlaşdırır", - deyə məlumatda vurğulanır.
Xatırladaq ki, Somalilend 1991-ci ildə birtərəfli qaydada "müstəqilliyi"ni elan edib. Lakin indiyədək dünya birliyi Somalilendi Somalinin bir hissəsi kimi tanıyır.