Fransanın futbol üzrə tanınmış məşqçisi vəfat edib
Dünya
264
19:20, Bu gün

Fransanın futbol üzrə tanınmış məşqçisi vəfat edib

Futbol üzrə Fransa milli komandasının sabiq məşqçisi Jan-Lui Qasse vəfat edib.

Moderator.az bildirir ki, bu barədə "Olimpik Marsel" klubunun Mətbuat Xidməti öz sosial şəbəkə hesablarında məlumat yayıb.

Qasse 2010-cu ildən 2012-ci ilədək Fransa millisinin baş məşqçisinin köməkçisi olub. 2022-2024-cü illərdə isə Kot-d'İvuar milli komandasına rəhbərlik edib.

Fransanın "Olimpik Marsel" klubu ilə Avropa Liqasının yarımfinalına qədər yüksəlib və orada komandası İtaliyanın "Atalanta" klubuna məğlub olub.

Mütəxəssisin son klubu Fransanın "Monpelye" komandası olub. Futbolçu kimi Qasse 1975-ci ildən 1985-ci ilədək "Monpelye"də çıxış edib.

Link kopyalandı!
Son xəbərlər