MİT kibercasus şəbəkəsinə qarşı əməliyyat keçirib
Dünya
253
19:10, Bu gün

MİT kibercasus şəbəkəsinə qarşı əməliyyat keçirib

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) şəxsi məlumatlara icazəsiz giriş əldə edən kibercasuslara qarşı əməliyyat keçirib.

Moderator.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

İstanbul və Karabükdə eyni vaxtda həyata keçirilən əməliyyatlarda kibercinayət şəbəkəsinin 4 üzvü saxlanılıb.

MİT-in apardığı araşdırmalar nəticəsində kiber casus şəbəkəsinin terror təşkilatları və mütəşəkkil cinayətkar qruplarla əməkdaşlıq edə biləcəyi müəyyənləşib. Bu səbəbdən, məlumat saxlama cihazları və əlaqə məqsədilə istifadə edilən texniki cihazlar müsadirə olunub.

Hazırda araşdırma davam etdirilir.

Link kopyalandı!
Son xəbərlər