KİV: Rusiya PUA-sı Moldovaya daxil olub, Rumıniya istiqamətində hərəkət edir
Dünya
312
18:57, Bu gün

KİV: Rusiya PUA-sı Moldovaya daxil olub, Rumıniya istiqamətində hərəkət edir

Rusiya pilotsuz uçuş aparatı Moldova səmasına daxil olub, Rumıniya istiqamətində hərəkət edir.

Moderator.az xəbər verir ki, bu barədə “Unian“ hava məkanın monitorinqi kanallarının məlumatına istinadən məlumat yayıb.

Məlumata görə, insident Rusiya ordusunun Ukraynaya qarşı növbəti hava hücumu fonunda qeydə alınıb. Hələlik bu məsələ ilə bağlı Moldova və Rumıniya rəsmilərindən rəsmi açıqlama verilməyib.

Qeyd olunur ki, bu, ilk belə hal deyil. Daha əvvəl də Rusiya tərəfindən Ukraynaya edilən hava hücumları zamanı PUA-lar həm Moldovanın, həm də Rumıniyanın hava məkanına daxil olub.

Link kopyalandı!
Son xəbərlər