İstanbulda torpaq avtomobili
Dünya
264
18:20, Bu gün

İstanbulda torpaq avtomobili "udub"

Türkiyənin İstanbul şəhərinin Esenyurt rayonunda maraqlı hadisə baş verib.

Boş ərazidə park edilmiş avtomobil qəfildən torpaqda əmələ gələn nəhəng çuxurun içinə düşüb.

Bu barədə Moderator.az İHA-ya istinadən xəbər verir.

Hadisə anı sakinlərdən biri tərəfindən mobil telefonla qeydə alınıb.

Məlumata görə, səhər tezdən əmələ gəlməyə başlayan çuxur qısa zaman ərzində sürətlə genişlənərək təxminən 3 metr dərinliyə çatıb. Həmin hissədə park edilmiş avtomobil tamamilə çuxurda batıb. Narahat olan sakinlər vəziyyəti dərhal səlahiyyətlilərə bildiriblər.

Hadisə yerinə gələn səlahiyyətlilər tez zamanda ərazidə geniş təhlükəsizlik tədbirləri görüblər. Çuxurun dərinləşməyə davam etdiyi müşahidə olunub və sakinlərə ərazidən uzaq durmaları barədə xəbərdarlıq edilib.

Link kopyalandı!
Son xəbərlər