Polşa düşmən PUA-larını dərhal sıradan çıxara bilən "Stratus" adlı elektromaqnit sistemi hazırlayıb.
Moderator.az xəbər verir ki, məlumatı "TVP World" yayıb.
Layihə üzərində Qdansk Texnologiya Universitetinin alimləri çalışıblar. "Stratus"un pilotsuz uçuş aparatlarının elektron komponentlərini sıradan çıxarmaq və ya məhv etmək üçün güclü elektromaqnit impulslarından istifadə etdiyi bildirilir. Bu, PUA-ları partlayışsız məhv etməyə imkan verir.
Mütəxəssislər sistemi "görünməz qalxan"la müqayisə ediblər, çünki o, dronları vurmaq əvəzinə elektron qaydada sıradan çıxarır. Yeni texnologiya sınaqdan keçilsə də, hələlik tam işlək vəziyyətə gətirilməyib.
"Stratus" kritik infrastruktur obyektlərini qorumaq üçün istifadə edilə bilər. Ondan həmçinin dron əleyhinə ənənəvi metodların əlavə risklər yaratdığı ictimai tədbirlərdə yararlanmaq olar.