Hava limanlarında 250-yə yaxın təyyarə
Dünya
631
13:33, Bu gün

Hava limanlarında 250-yə yaxın təyyarə "ilişib qalıb" - Moskvada qar fırtınası

Rusiyanın paytaxtı Moskvada qar fırtınası səbəbi ilə dekabrın 26-da gecə və səhər hava limanlarında təxminən 250 uçuş təxirə salınıb.
 
Moderator.az Ura.ru nəşrinə istinadən xəbər verir ki, daha çox Vnukovo hava limanında uçuşlar təxirə salınıb, bu səhər onlarla təyyarə Soçi, Dubay, Tbilisi, İrəvan, Sankt-Peterburq və digər şəhərlərə uça bilməyib.
 
Şeremetyevo hava limanında da uçuşlarda gecikmələr qeydə alınır. Eyni zamanda, Domodedovo hava limanında uçuşlar hazırda cədvəl üzrə həyata keçirilir və heç bir gecikmə yoxdur. Ümumilikdə isə 250-dən çox uçuş təxirə salınıb.
 
Qeyd edək ki, Moskvada əlverişsiz hava şəraiti ilə bağlı sarı təhlükə səviyyəsi elan edilib, güclü qar yağışının isə ən azı üç gün davam edəcəyi gözlənilir.
Link kopyalandı!
Son xəbərlər