Ukrayna Rusiya mallarının idxalına qoyulan qadağanı bir il uzadıb
Dünya
297
25 Dec 2025 | 23:57

Ukrayna Rusiya mallarının idxalına qoyulan qadağanı bir il uzadıb

Ukrayna Nazirlər Kabineti Rusiyadan ölkəyə malların idxalına qoyulan qadağanı bir il müddətinə uzadıb.

Moderator.az xəbər verir ki, bu barədə Ukrayna hökumətinin saytında qərar dərc olunub.

Qərarlardan biri Rusiya mənşəli bəzi məhsulların idxalına qoyulan qadağanın müddətini 2026-cı il 31 dekabradək, digəri isə Rusiya məhsullarına tətbiq edilən rüsumların eyni tarixədək uzadılmasını nəzərdə tutur. Hər iki qərar ilk dəfə 30 dekabr 2015-ci ildə qəbul edilib və o vaxtdan bəri dəfələrlə uzadılıb.

İdxalı qadağan edilən məhsullar siyahısına, xüsusilə ət və balıq məhsulları, qəhvə, çay, şokolad və digər qənnadı məmulatları, uşaq qidaları, heyvan yemləri, alkoqollu içkilər və siqaretlər daxildir. Qadağa həmçinin bəzi sənaye məhsullarına, nəqliyyat vasitələrinə, gübrələrə və kənd təsərrüfatı məhsullarına da şamil olunur.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər