Helikopter qəzaya uğrayıb, ölənlər var
Dünya
3406
25 Dec 2025 | 23:30

Helikopter qəzaya uğrayıb, ölənlər var

Afrikanın ən yüksək zirvəsi olan Kilimancaro dağında helikopter qəzaya uğrayıb.

Moderator.az “Sky News“a istinadla xəbər verir ki, hadisə Tanzaniyanın şimalında, dağın ən çox istifadə olunan marşrutlarından birində baş verib.

Polisin verdiyi məlumata görə, qəza tibbi evakuasiya missiyası zamanı qeydə alınıb. Helikopter Barafu düşərgəsi ilə Kibo zirvəsi arasında, dəniz səviyyəsindən 4 min metrdən artıq yüksəklikdə qəzaya uğrayıb.

Qeyd olunub ki, helikopter tibbi evakuasiya və digər aviasiya xidmətləri göstərən “Kilimanjaro Aviation” şirkətinə məxsus olub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər