Türkiyə Futbol Federasiyasının keçmiş sədr müavini hakim qarşısına çıxarılacaq
Dünya
386
25 Dec 2025 | 23:20

Türkiyə Futbol Federasiyasının keçmiş sədr müavini hakim qarşısına çıxarılacaq

Futbolda oyun alqı-satqısı istintaqı çərçivəsində saxlanmış Türkiyə Milli Olimpiya Komitəsinin prezidenti Ahmet Gülüm və TFF-nin sabiq katibi Ebru Köksal sərbəst buraxılıblar.

Moderator.az xəbər verir ki, bu barədə "Haber Global" telekanalı məlumat yayıb.

Eyni iş üzrə saxlanmış Türkiyə Futbol Federasiyasının (TFF) keçmiş sədr müavini Lütfi Arıboğan və İlhan Helvacı barəsində isə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib və onlar hakim qarşısına çıxarılacaqlar.

Xatırladaq ki, Lütfi Arıboğan, Ahmet Gülüm, İlhan Helvacı və Ebru Köksal "FETÖ/PDY silahlı terror təşkilatına yardım" və "istintaq məxfiliyini pozma" cinayətləri üzrə prokurorluqda ifadə veriblər.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər