Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Sudan Respublikasının Suveren Keçid Şurasının Sədri Abdel Fattah Al-Burhanla görüşüb.
Moderator.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Liderlər Türkiyə ilə Sudan arasındakı ikitərəfli münasibətləri, regional və qlobal məsələləri müzakirə ediblər.
Türkiyə lideri Sudanda davam edən qarşıdurmaların dünyanın ən böyük humanitar böhranlarından birinə səbəb olduğunu, xüsusilə əl-Fəşir bölgəsində insanlığa qarşı cinayət səviyyəsinə çatan hadisələrin yaşandığını, bunların qarşısını almaq üçün ciddi və qətiyyətli addımlar atılmasının vacibliyini vurğulayıb.
Ərdoğan, həmçinin Türkiyənin Sudanda sülhün, sabitliyin və ərazi bütövlüyünün qorunmasını arzuladığını, atəşkəsin təmin olunması ilə sudanlılar arasında daimi sülhün bərqərar edilməsinin zəruriliyini ifadə edib.
"Türkiyə humanitar böhranla üz-üzə qalan sudanlıların ehtiyaclarını humanitar yardımlar vasitəsilə qarşılamağa davam edəcək", - Ərdoğan qeyd edib.