00:03
4°C
Bakı
Bədii gimnastika üzrə 2021-ci ilin ikiqat Braziliya çempionu İzabel Marsinyak 18 yaşında vəfat edib.
Moderator.az bildirir ki, bu barədə məlumatı Parana ştatının Gimnastika Federasiyasının Mətbuat Xidməti yayıb.
"Globo" portalının məlumatına görə, gənc idmançının ölümünə səbəb Hockin limfoması olub. Bu xəstəlik limfa düyünlərini zədələyən bədxassəli şiş növüdür.
Qeyd edək ki, İzabel Marsinyak 2021-ci ildə Braziliya çempionatında çoxnövçülük üzrə qızıl medal qazanıb. O, həmin turnirdə topla hərəkətlər üzrə yarışda da birinci yerə layiq görülüb.