23:31
4°C
Bakı
Türkiyədə bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.
Moderator.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə Aydın şəhərinin Efeler rayonunda qeydə alınıb. Məlumata görə iki avtomobilin toqquşması zamanı 7 nəfər xəsarət alıb.
Hadisə yerinə təcili tibbi yardım, polis əməkdaşları və xilasedicilər cəlb olunub. Yaralılar təcili yardım maşınıyla xəstəxanaya çatıdırılıblar.
Qəza ilə bağlı araşdırma aparılır.