Sərnişin avtobusu dağdan aşıb - Ölənlər və çox sayda yaralananlar var var
Dünya
214
20:20, Bu gün

Sərnişin avtobusu dağdan aşıb - Ölənlər və çox sayda yaralananlar var var

Meksikada avtobus dağlıq ərazidə aşaraq qəzaya uğrayıb.

Moderator.az xəbər verir ki, bu barədə "Mirror" nəşri məlumat yayıb.

Hadisə nəticəsində 8 nəfər həlak olub, 19 nəfər yaralanıb. Qəza Verakrus ştatının şərqində, Sontekomatlan ərazisində baş verib. Avtobus 180 metrdən çox hündürlükdən yerə düşüb.

Hökumət orqanlarının məlumatına görə, qəza zamanı avtobus sərnişinlərlə dolu olub. Onların çoxunun Milad tətili üçün evlərinə getdiyi güman edilir. Ölənlər arasında həm böyüklər, həm də uşaqlar var. Qəzadan dərhal sonra genişmiqyaslı xilasetmə əməliyyatı başlayıb.

Yaralılar xəstəxanalara yerləşdirilib və tibbi yardım alırlar.

Qəzanın səbəbi hələ müəyyən edilməyib, araşdırma davam edir.

Meksikada avtobus dağdan aşıb: Ölənlər var

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər