22:41
4°C
Bakı
İsrail ordusu Livanda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds qüvvələrinin yüksək rütbəli komandirlərindən birini məhv edib.
Moderator.az İsrail mətbuatına istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri və Daxili Təhlükəsizlik Xidməti (Şin Bet) məlumat yayıb.
Bildirilib ki, Livanın Ənsariyyə bölgəsində SEPAH-ın Qüds qüvvələrinin əməliyyat şöbəsinin (840-cı şöbə) üzvü Hüseyn Mahmud Mərşəd əl-Cövhəri zərərsizləşdirilib.
Qeyd edilib ki, əl-Cövhəri İsrailə qarşı terror aktlarının planlaşdırılması və həyata keçirilməsində iştirak edib.