18:56
4°C
Bakı
"Çin ordusu istənilən an döyüşməyə hazırdır".
Moderator.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Çin Müdafiə Nazirliyinin rəsmisi Çjan Syaoqan keçirilən brifinq zamanı bildirib.
O, Çin ordusunun istənilən münaqişədə qalib gəlmək əzmində olduğunu söyləyib.
Nazirliyinin rəsmisi qeyd edib ki, Çin Tayvanla dinc yolla birləşmək üçün bütün səylərini göstərməyə sadiqdir, lakin lazımi tədbirləri görmək hüququnu da özündə saxlayır. Syaoqan bəyan edib ki, "Tayvanın müstəqilliyini" müdafiə edən qüvvələrin təxribat məqsədli hərəkətləri olarsa, Çin ordusunun "qətiyyətli addımlar atmaqdan" başqa variantı qalmayacaq.