Rusiya Ukraynanı bombalayıb: ölənlər və yaralananlar var
Dünya
194
16:55, Bu gün

Rusiya Ukraynanı bombalayıb: ölənlər və yaralananlar var

Rusiya ordusunun Çerniqov şəhərində yaşayış binasına pilotsuz uçuş aparatı ilə zərbəsi nəticəsində bir nəfər ölüb, biri uşaq olmaqla isə 5 nəfər yaralanıb.

Moderator.az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Çerniqov Hərbi-Mülki Administrasiyasının rəhbəri Dmitri Brijinskiy “Telegram” səhifəsində bildirib.

“5 mərtəbəli binaya zərbə endirilib. Mənzildə yanğın başlayıb. İlkin məlumatlara görə, bir nəfər həlak olub, beş nəfər yaralanıb, onlardan biri uşaqdır. Məlumat dəqiqləşdirilir”, — Dmitri Brijinskiy qeyd edib.

Bununla yanaşı, Rusiya ordusunun Donetsk vilayətinin Konstaninovka şəhərində evakuasiya missiyasını dronla vurması nəticəsində bir nəfər ölüb, daha iki nəfər yaralanıb.

Bu barədə Konstaninovka Şəhər Hərbi Administrasiyasının rəhbəri Serqey Qorbunov “Facebook” səhifəsində məlumat yayıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər