Rusiyada gənc sevgilisini döyən peşəkar MMA döyüşçüsü saxlanıldı
Dünya
254
16:35, Bu gün

Rusiyada gənc sevgilisini döyən peşəkar MMA döyüşçüsü saxlanıldı

Rusiyanın Tver bölgəsində 20 yaşlı sevgilisini döyməkdə şübhəli bilinən peşəkar MMA döyüşçüsü saxlanılıb.

Moderator.az TASS-a istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Adı açıqlanmayan 25 yaşlı dağıstanlı idmançı qadının əl-qolunu bağlayıb, üzünə, bədəninə bir neçə dəfə zərbələr endirib, sonra isə qaçıb.

Polisin bildirdiyinə görə, zərərçəkmişə tibbi yardım və uzunmüddətli müalicə lazım olub.

Cinayətdə şübhəli bilinən şəxs Moskva vilayətində ələ keçib. O, müvəqqəti saxlama təcridxanasına yerləşdirilib.

Polis onun barəsində məhkəməyə qədər həbs qətimkan tədbiri seçilməsi üçün vəsatət qaldırıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər