İslandiya tarixində rekord temperatur qeydə alındı
Dünya
269
15:38, Bu gün

İslandiya tarixində rekord temperatur qeydə alındı

İslandiyada Milad bayramı ərəfəsində havanın temperaturu rekord dərəcədə isti olub.
 
Moderator.az Danimarkanın TV2 telekanalına istinadən xəbər verir ki, yerli meteoroloqlar rekord temperatur (19.8 dərəcə) qeydə alıblar.
 
Buna qədər İslandiyada ən yüksək temperatur 2019-cu ildə müşahidə olunmuşdu (19.7).
 
Məlumata görə, qeydə alınan istilik qışın ortasında Şimal Qütb dairəsi yaxınlığında hava gözləntilərini xeyli üstələyir. Müşahidə edilən hərarət adanın ən isti ayı olan iyulun orta temperaturundan (9-15 dərəcə) təxminən 5-10 dərəcə yüksəkdir.
 
Yerli meteoroloqların fikrincə, çox yüksək temperatur üçün optimal şərait olub: tropiklərdən isti hava kütləsi İslandiya üzərindən keçib.
 
İslandiyada Milad bayramında da havanın isti olacağı gözlənilir.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər