Bizi sosial şəbəkələrdən izləyin:
Avstraliya alimlərinin iddiasına görə, Yer kürəsində artıq dörd fəsil mövcud deyil və hazırda onların sayını ayırd etmək də çətindir.
Moderator.az xəbər verir ki, Avstraliyanın Elm və Sənaye Tədqiqatları Birliyinin müvafiq araşdırması "Live Science" jurnalında nəşr olunub.
Tədqiqatın həmmüəllifi, ekoloq Drü Terasaki Hart bildirib ki, xüsusilə tipik yerli mövsümi tsiklin forması və vaxtının landşaft boyu çox dəyişdiyi bölgələrdə fəsilləri müəyyən etmək çətindir:
"Bunun həmin regionların ekologiyası və təkamülü üçün dərin təsirləri ola bilər".
Onun sözlərinə görə, tədqiqatçılar son 20 ilin peyk məlumatlarından yararlanaraq, dünya üzrə təxmini mövsümi ritmlərin xəritəsini tərtib ediblər. Bu xəritə göstərir ki, hətta bəzi yaxın bölgələrdə belə mövsümi dəyişikliklərin, məsələn, vegetasiya mövsümünün başlanğıcı və sonu arasında kəskin vaxt fərqi var.
Məsələn, tropik bölgələrdə və ya isti Aralıq dənizi iqlimi olan dağ yamaclarında fərqlər özünü büruzə verir.
Hartın sözlərinə görə, bu, o qədər də təhlükəli deyil: "Əksinə, fərqlər müəyyən ekosistemlərdə yüksək biomüxtəlifliyə, yeni növlərin inkişafına və hətta, məsələn, Kolumbiyada müxtəlif sort qəhvələrin yetişməsinə kömək edə bilər". /oxu.az/