REN TV-nin təsisçisi İrena Lesnevskaya vəfat edib.
Moderator.az xəbər verir ki, bu barədə “VK Video”nun baş direktoru Marianna Maksimovskaya məlumat verib.
Lesnevskayanın 83 yaşı var idi. O, 30 may 1942-ci ildə Qazaxıstan Pavlodar vilayətinin Urlyutyup kəndində anadan olub. Üç il sonra, 1945-ci ildə İrena anası və qardaşı ilə birlikdə Moskvaya köçüb.
Orta məktəbi bitirdikdən sonra Rusiya Teatr Sənəti Universitetinin (GITIS) rejissorluq şöbəsində təhsil alıb. 1960-cı illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MSU) jurnalistika fakültəsinin televiziya şöbəsini bitirib.
Qeyd edək ki, Lesnevskaya televiziya kanalını 1991-ci ildə oğlu Dmitri ilə birlikdə təsis edib və 2005-ci ilə qədər onun baş direktoru və prezidenti vəzifələrində çalışıb.