Məsciddə partlayış olub - Ölənlər var
Dünya
194
24 Dec 2025 | 23:58

Məsciddə partlayış olub - Ölənlər var

Nigeriyanın şimal‑şərqində yerləşən məsciddə ibadət zamanı partlayış baş verib.

Moderator.az xəbər verir ki, bu barədə "Vanguard" qəzeti yazıb.

Məsciddə quraşdırıldığı güman edilən kustar üsulla hazırlanmış partlayıcı qurğular möminlər ibadət edərkən işə düşüb. Hadisə saat 18:00 radələrində (Bakı vaxtı ilə 21:00) qeydə alınıb.

AFP-nin təhlükəsizlik xidmətindən olan mənbəyə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində yeddi nəfər həlak olub.

Link kopyalandı!
Son xəbərlər