Polşanın Fransadakı səfiri korrupsiya şübhəsi ilə saxlanılıb
Dünya
422
24 Dec 2025 | 23:30

Polşanın Fransadakı səfiri korrupsiya şübhəsi ilə saxlanılıb

Polşanın Fransadakı səfiri Yan Roşişevski MBA diplomları ilə bağlı korrupsiya şübhəsi ilə Polşanın Antikorrupsiya Bürosu tərəfindən saxlanılıb.

Moderator.az bu barədə "Goniec" jurnalına istinadən xəbər verir.

İttihamlar dövlət şirkətlərinin müşahidə şuralarında işləmək üçün nəzərdə tutulmuş "Collegium Humanum" ali məktəbinə aid saxta MBA diplomlarından istifadə ilə bağlıdır.

Roşişevski ilə birlikdə "Hüquq və Ədalət" partiyasından keçmiş deputat və Avropa Parlamentinin üzvü Maks Kraçkovski, eləcə də PKO qrupu ilə əlaqəli bankir Pavel P. də saxlanılıb.

İstintaqın məlumatına görə, Kraçkovski bu diplomların əldə olunmasında (özü, bacısı və digər şəxslərlə yanaşı, Roşişevski üçün də) köməklik göstərib.

Link kopyalandı!
Son xəbərlər