01:30
9°C
Bakı
Əlcəzair parlamenti Fransa müstəmləkəçiliyini cinayət hesab edən qanun layihəsini yekdilliklə qəbul edib.
Moderator.az “əl-Cəzira” telekanalına istinadən xəbər verir ki, Əlcəzair parlamenti çərşənbə günü Əlcəzairin Fransa tərəfindən müstəmləkəçiliyini cinayət hesab edən, bunu beynəlxalq cinayəti kimi xarakterizə edən və Fransadan rəsmi üzr istəməsini tələb edən qanun layihəsini yekdilliklə qəbul edib.
Qeyd edək ki, qanun layihəsində məhkəmədənkənar qətllər, işgəncə, təcavüz, nüvə sınaqları və resursların sistematik talan edilməsi də daxil olmaqla, heç bir məhdudiyyət müddətinə tabe olmayan Fransa müstəmləkəçiliyinin cinayətləri sadalanır.