Dünya
1064
20:50, Bu gün

"Hizbullah" Venesuelada narkotik qaçaqmalçılığını genişləndirib

İranın maliyyə dəstəyinin azalmasından sonra "Hizbullah" təşkilatı maliyyə resurslarını təmin etmək məqsədilə Venesuelada narkotik qaçaqmalçılığı fəaliyyətini genişləndirib.

Moderator.az xəbər verir ki, bu barədə "Azad İran" məlumat yayıb.

Məlumata görə, İsrailin İran və ona bağlı silahlı qruplara qarşı hərbi uğurlarından sonra "Hizbullah" zabitlərinin bir hissəsi Latın Amerikasına, xüsusilə Venesuelaya yönəlib.

ABŞ maliyyə nazirinin terrorizmin maliyyələşdirilməsi üzrə keçmiş müavini Marşal Billinqsli Senat dinləmələrində bildirib ki, 400-dən çox "Hizbullah" komandanına Venesuelaya köçmək tapşırığı verilib.

Qeyd olunur ki, İran "Hizbullah"a hər il 700 milyon dollardan çox vəsait ayırır və bu məbləğ qrupun illik büdcəsinin təxminən 70 faizini təşkil edir. Lakin hazırda Tehran bu maliyyə yükünü əvvəlki səviyyədə saxlaya bilmir.

Link kopyalandı!
Son xəbərlər