ABŞ Putin və Buş arasında aparılan danışıqların stenoqramını açıqladı
Dünya
679
19:40, Bu gün

ABŞ Putin və Buş arasında aparılan danışıqların stenoqramını açıqladı

ABŞ Milli Təhlükəsizlik Arxivi Rusiya Prezidenti Vladimir Putinlə ABŞ-nin keçmiş lideri Corc Buş arasında aparılan söhbətlərin stenoqramını açıqlayıb.

Moderator.az xəbər verir ki, bu barədə məlumatı Milli Təhlükəsizlik Arxivi dərc edib.

İki lider arasında söhbətlər 2001, 2005 və 2008-ci illərdə baş tutub.

"Onların ilk görüşü Sloveniyada baş tutub və liderlər arasında dostcasına dialoq aparılıb. Buş Rusiyanı Qərb dünyasının bir hissəsi adlandırıb.

Putin 2001-ci ildə Buşun yaxın müttəfiqi idi, çünki onlar terrorizmə qarşı mübarizədə ortaq maraqları bölüşürdülər: Putinin Çeçenistanda, Buşun isə "Əl-Qaidə"də maraqları var idi.

2005-ci ildə Vaşinqtonda geosiyasi kontekst dəyişmişdi: ABŞ İraq və Əfqanıstanda müharibələr aparır və Ukraynada "narıncı inqilab" baş vermişdi. Buna baxmayaraq, ölkələr arasında münasibətlər dəyişməz qalmışdı. Buş ABŞ və MDB ölkələri arasında strateji tərəfdaşlıqdan danışıb.

Putin Rusiya və İran arasında nüvə əməkdaşlığının dinc xarakter daşımasını bildirib.

2008-ci ildə onlar Putinin məşhur "Münhen çıxışından" sonra Soçidə görüşüblər. Rusiya prezidenti Ukraynanın NATO-ya qoşulmaq istəklərinin "uzunmüddətli münaqişə zonası" yaradacağını bildirib. Buş Putinin Münhendəki çıxışını yüksək qiymətləndirib. Rusiya prezidenti ABŞ ilə münasibətlərin yaxşılaşacağına ümid etdiyini də bildirib", - deyə açıqlanan stenoqramda bildirilib.

Link kopyalandı!
Son xəbərlər