NATO Rusiyanın sabotajları fonunda Baltik dənizində mövcudluğunu gücləndirir
Dünya
152
19:20, Bu gün

NATO Rusiyanın sabotajları fonunda Baltik dənizində mövcudluğunu gücləndirir

Rusiyanın kritik sualtı infrastruktura qarşı davamlı hücumları fonunda NATO-ya üzv ölkələrin hökumətləri Baltik dənizində donanmalarını və hərbi mövcudluqlarını gücləndirmək barədə tədbirlər görməyə başlayıb.

Moderator.az xəbər verir ki, bu barədə “The Economist” nəşri məlumat yayıb.

Məlumata görə, Baltik dənizi tədricən NATO ilə Rusiya arasında aktiv qarşıdurma zonasına çevrilir. Xüsusilə, 2023-cü ildən bəri Baltik dənizinin dibindən keçən kommunikasiya xətlərində ən azı 11 sabotaj faktı qeydə alınıb.

Pentaqon və Avropa ölkələrinin kəşfiyyat qurumları bu insidentləri Rusiyanın “kölgə donanması” ilə əlaqələndirir.

Ən çox zərər çəkən obyektlər kabel və boru kəmərləri olub. Ehtimal edilir ki, onlar Rusiyanın “kölgə donanmasına” daxil olan gəmilərin lövbərlərini dənizin dibi boyunca sürüməsi nəticəsində zədələnib. Bundan əlavə, oktyabr ayında Rusiya hərbi gəmiləri Danimarka gəmiləri ilə toqquşmaları imitasiya edib və onlara silah tuşlayıb.

Bildirilir ki, məhz bu səbəbdən Polşa hökuməti üç ədəd İsveç istehsalı A-26 tipli sualtı qayıq almaq qərarına gəlib. 2,8 milyard ABŞ dollarına alınacaq bu sualtı qayıqlar xüsusi olaraq Baltik dənizinin bulanıq və dayaz suları üçün hazırlanıb.

Link kopyalandı!
Son xəbərlər