Pavel Durov Makronun oriyentasiyası ilə bağlı zarafat etdi
Dünya
262
17:20, Bu gün

Pavel Durov Makronun oriyentasiyası ilə bağlı zarafat etdi

"Telegram"ın yaradıcısı Pavel Durov Fransa lideri Emmanuel Makronun seksual oriyentasiyası ilə bağlı zarafat edib.

Moderator.az xəbər verir ki, bu barədə o özünün "X" sosial şəbəkə hesabında yazıb.

P.Durov öz sperma donorluğu proqramı üçün loqo barədə düşünürmüş. O, sosial şəbəkə hesabında üzərində "pd" hərfləri olan dairə eskizi yerləşdirib ki, bu da çox güman ki, iş adamının ad və soyadının inisiallarına işarədir.

İstifadəçilərdən biri şərh edib ki, "pd" abreviatur Fransada qeyri-ənənəvi cinsi oriyentasiyaya malik insanları ifadə etmək üçün istifadə olunur.

"O zaman bu, Fransa prezidenti kimi homoseksual olmayan, amma özünü homoseksual kimi təqdim edən bir layihə olacaq. Fransa prezidenti elədiyi kimi, yalnız tərsinə variantda", - deyə cavabında Durov bildirib və yazıya tərs gülüş işarəsi əlavə edib.

Pavel Durov Makronun oriyentasiyası ilə bağlı zarafat etdi

Link kopyalandı!
Son xəbərlər