Ərdoğan: Türkiyə Fələstinə yardımlarını daha da artıracaq
3109
24 Dec 2025 | 16:37

Ərdoğan: Türkiyə Fələstinə yardımlarını daha da artıracaq

Türkiyə Fələstinə yardımlarını daha da artıracaq, onu heç vaxt tək qoymayacaq.

Moderator.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan valilərlə keçirdiyi toplantıda bildirib.

Onun sözlərinə görə, ötən həftə 1300 tonluq humanitar yardım daşıyan gəmi Misir limanına çatıb:

"Son iki ildə Qəzzaya göndərilən humanitar yardımın miqdarı 105 min tona yaxınlaşıb. Qəzza xalqının dərmana, qidaya, geyimə, isinmək üçün yanacağa ehtiyacı var. Hər şeydən önəmlisi isə mənəvi dəstəyə ehtiyacları var".

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər