Dünya
195
16:07, Bu gün

"Fənərbağça"nın prezidenti Sadettin Saran yenidən narkotik testindən keçir

Türkiyədə məşhur şəxslər arasında narkotik vasitələrin istifadəsi və satışı üzrə istintaq çərçivəsində narkotik testindən keçirilən "Fənərbağça" idman klubunun prezidenti Sadettin Saran İstanbulun Şişli bölgəsində yerləşən özəl laboratoriyalardan birində test verib.

Moderator.az xəbər verir ki, bu barədə "Haber Qlobal" məlumat yayıb.

Xatırladaq ki,"Fənərbağça" idman klubunun prezidentinin saç nümunəsində kokain aşkarlanıb. Saranın qan, sidik və dırnaq nümunələrinin nəticələri isə mənfi çıxıb.

S.Saran istintaq çərçivəsində aparılan testlərin nəticəsinə inanmadığı üçün bu addımı atıb.

Link kopyalandı!
Son xəbərlər