Türkiyədə sosial media fenomeni Ezgi Fındık ilə bağlı saxlanılma qərarı verildi
Dünya
203
14:41, Bu gün

Türkiyədə sosial media fenomeni Ezgi Fındık ilə bağlı saxlanılma qərarı verildi

Türkiyədə məşhurları hədəf alan narkotik əməliyyatı davam edir. Bir çox müğənni, iş adamı, aktyor, media nümayəndəsi və sosial media fenomeni barəsində aparılan istintaqla bağlı yeni məqamlar üzə çıxır.
 
Moderator.az bu barədə "Hürriyet" nəşrinə istinadən məlumat verir.
 
Məlumata görə, istintaq çərçivəsində "Instagram"da 1 milyondan çox izləyicisi olan sosial media fenomeni Ezgi Fındık barəsində narkotik və fahişəlik ittihamları üzrə prokurorluq tərəfindən saxlanılma qərarı verilib.
 
Prokurorluq daha əvvəl sosial media fenomenləri Cihanna və Mert Vidinli haqqında da fahişəlik iddiası ilə saxlanılma qərarı çıxarmışdı.
Link kopyalandı!
Son xəbərlər