Bizi sosial şəbəkələrdən izləyin:
Polşadan Qazaxıstana ekstradisiya olunan ukraynalı qadın azərbaycanlıların orqanlarını satmaqda şübhəli bilinir.
Moderator.az xəbər verir ki, bu barədə Qazaxıstan Baş Prokurorluğu məlumat yayıb.
Məlumatda bildirilir ki, Ukrayna vətəndaşı Polşadan Qazaxıstana ekstradisiya olunub. O insan orqanlarının satışı ilə məşğul olmaqda şübhəli bilinir.
Prokurorluğun açıqlamasına görə, qadın 2017–2018-ci illərdə transmilli mütəşəkkil cinayətkar qrupun üzvü olub və orqan alveri ilə məşğul olub.
İstintaqın məlumatına görə, bu qrup 56 qanunsuz orqan əməliyyatı təşkil edib və transplantasiyaları respublikanın səhiyyə qurumlarında həyata keçirib.
Polşa tərəfinin verdiyi məlumata görə, ukraynalının iştirak etdiyi qrup Azərbaycan, Qazaxıstan, Ermənistan, Ukrayna, Qırğızıstan, Tacikistan, Özbəkistan və Taylandda 56 insandan qanunsuz olaraq böyrək götürüb.