Bizi sosial şəbəkələrdən izləyin:
ABŞ-nin Pensilvaniya ştatının Filadelfiya şəhərinin yaxınlığındakı qocalar evində baş verən yanğınla nəticələnən partlayış nəticəsində azı iki nəfər ölüb, təxminən beş sakin isə itkin düşüb.
Moderator.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
"Qocalar evində baş verən partlayış nəticəsində iki nəfər ölüb, bir neçə nəfər itkin düşüb. Xilasedicilər ərazidən sakinləri təcili olaraq təhlükəsiz yerə təxliyə etməyə məcbur olublar", - deyə Pensilvaniya qubernatoru Coşua Şapiro bildirib.
Qeyd olunub ki, xilasedicilər binadan ən azı üç nəfəri xərəklə çıxarıblar. Hadisə yerinə ilk gələnlərdən biri tərəfindən daha altı nəfər xilas edilib.
Güclü yanğın nəticəsində binanın bir hissəsi uçub. İlkin məlumatlara görə, faciəyə qaz sızması səbəb olub.