Bizi sosial şəbəkələrdən izləyin:
Böyük Britaniya şahzadəsi Endryuya silah saxlamaq üçün verilmiş lisenziya ləğv edilib.
Moderator.az "Metro" nəşrinə istinadən xəbər verir ki, asayiş keşikçiləri Vindzorda Kral III Çarlzın 65 yaşlı qardaşı Endryuya baş çəkiblər.
Həvəskar ovçu olan şahzadə artıq ov tüfəngindən və ümumilikdə tüfəng kolleksiyasından istifadə edə bilməyəcək.
Vəziyyətlə tanış olan mənbə bildirib: "Bu, onun üçün əsl zərbədir. O, ciddi nəzarət altında olacaq".
Polis odlu silahları müsadirə etməsə də, onların saxlanması və istifadəsi ilə bağlı yeni şərtlər qoyub.
Qeyd olunur ki, Kral III Çarlz oktyabrın 30-da Ceffri Epşteyn qalmaqalından sonra şahzadə Endryunu bütün titul və imtiyazlardan məhrum edib.